Türkiyə Superliqasının 24-cü turunda keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” matçının hakimi müəyyənləşib.
“Yeni Gündəm” xəbər verir ki, İstanbul derbisini məşhur hakim Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” matçı fevralın 6-da keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 20:00-da başlayacaq.