Bu gün Türkiyə Super Liqasında 11-ci turda baş tutan “Galatasaray”- “Fənərbaxça” matçı başlamazdan əvvəl stadiona gələn 20 yaşlı fənərbaxçalı azarkeşin ürəyi tutub.
“Yenigundem” xəbər verir ki, Koray Şener adlı gənc xəstəxanaya aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Matçı izləyən 2500 “Fənərbaxça” tərəfdarı ikinci hissədə stadionu tərk edərək dünyasını dəyişən azarkeşin ailəsinə dəstək olmaq üçün xəstəxanaya yollanıb.