UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib. O bildirib ki, ABŞ-li futbolçu Bakıdakı oyunu buraxmalı olacaq.
Komandalar arasında avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk qarşılaşma saat 20:00-da start götürəcək.