Gənclər və İdman Nazirliyində gözlənilən növbəti yerdəyişmə baş verib.
Oxu.az-ın xəbərinə görə, yeni nazir Fərid Qayıbovun gəlişindən sonra ayrılacağı gözlənilən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov postundan gedib.
O, nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən ayrılıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyin olunacağı əldə olunan xəbərlər arasındadır.
Qeyd edək ki, Fərid Mansurovun vəzifəsindən gedəcəyini ilk olaraq sportinfo.az saytı xəbər verib.