Fərid Qayıbov beynəlxalq qurumlara səsləndibackend

Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və idmançılarımızın ölkəmizə qayıdacağı qərarı ilə bağlı paylaşım edib.

Yeni Gündəm” xəbər verir ki, Gənclər və idman naziri feysbuk hesabında etdiyi paylaşımda beynəlxalq qurumlara səslənib.

F.Qayıbov, həmçinin hazırda vətənə qayıtmaları barədə qərar qəbul edilən idmançıların İrəvanda mediaya danışmamaq üçün hoteldə saxlanıldıqlarını bildirib: “İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək. Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb.

Bu, əsla qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”-deyə nazir yazıb.