“Fərqli kişilərlə yatmaq üçün darıxmışam” – Naz Milabackend

Bildiyimiz kimi yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bir çox ölkələrdə karantin rejimi tətbiq olunub.

Bu müddət ərzində bəziləri kitab oxumaq, film izləmək, bəziləri isə ev işləri ilə məşğul olmaqla vaxtlarını keçirirlər. Bəs, görəsən evlilik yarışması ilə məşhurlaşan və hər zaman qalmaqallı foto və videoları ilə diqqət çəkməyi bacaran Naz Mila bu barədə nə düşünür?

Naz Milanın Anons.az-a verdiyi açıqlamanı təqdim edirik:

“İşim olduqda evdən çölə çıxıram. Əgər işim yoxdursa, yemək bişirirəm. Xarici filmlər izləyirəm. İngilis dili dərsinə çalışıram. Yatıram, dururam, yemək yeyirəm, yenə yatıram. Karantindən sonra ilk edəcəyim şey fərqli kişilərlə yatmaq olacaq. Daha sonar evə girməmək, gecə-gündüz məkanlarda, klublarda əyləncələrdə olmaq olacaq”