Fətullah Gülən Türkiyədə basdırılacaq? – Dəfn yeri açıqlandıbackend

Ölüm xəbəri yayılan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin harada dəfn olunacağı açıqlanıb. Pravda.az Publika.az-a istinadən xəbər verir ki, təşkilatın keçmiş kəşfiyyat hesabatlarına əsasən Gülən Pensilvaniyada dəfn olunacaq.

Belə ki, Fətullah Güləndən ümidini kəsən təşkilat rəhbərlərinin 2015-ci ildə Pensilvaniyada FETÖ-nün iqamətgahından 5 kilometr aralıda torpaq sahəsi aldıqları iddia edilir.

Təşkilat həmin ərazini qəbiristanlığa çevirərək, “qürbətçi məzarlıq” adlandırıb. ABŞ-da dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir.

Həmin ərazidə Fətullah Gülən üçün də məzar yeri hazırlanıb. Məlumata görə, onun üçün nəzərdə tutulan yer iki sərv ağacının arasında yerləşir.