Fətullah Gülənin ölüm xəbəri təsdiqləndi – YENİLƏNDİbackend

Fətullah Gülənin yaxın qohumu Ebuseleme Gülən də onun ölüm xəbərini təsdiqləyib.

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

***

09:39

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun lideri Fətullah Gülenin öldüyü bildirilir.

“Yeni Gundem” oxu.az-a istinadən xəbər verir ki, xəbəri FETÖ-nun mətbuat orqanları özləri elan ediblər.

Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat liderinin aparıldığı xəstəxanada öldüyü qeyd edilib.