“Yeni Gündəm” xəbər verir ki, Moderator.az aktyorun həmkarı, “Təhminə” filmində birgə oynadığı türkiyəli aktrisa Meral Konratla əlaqə saxlayıb.
Meral Konrat açıqlamasında aktyorun səhhətindən xəbərsiz olduğunu bildirib:
“Vallah xəbərim yoxdur, indi sizdən eşidirəm. Allah şəfa versin, keçmiş olsun. Necədir?Yaxşıdırmı? Fəxrəddini görsəniz mənim adımdan keçmiş olsun deyərsiz. Bir xəbər olsa mənə də bildirin”, – deyə aktrisa söyləyib.
Qeyd edək ki, aktyorun xəstə olduğu xəbərini müalicə aldığı klinika təsdiqləsə də, hazırda sağlamlıq vəziyyəti qaydasında olan Fəxrəddin Manafov telefon zənglərinə cavab vermir.