Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin “Fiziki məhduddiyyətli şəxslərə idman motivasiyasının artırılması” layihəsi davam edir.
Layihə 3 ay olmaqla 5 tədbir bir video-təqdimatdan ibarətdir. Layihənin artıq ikinci və üçüncü tədbirləri, özünə qulluq və bacarıqların öyrədilməsi, “Kulnariyanın öyrədilməsi” mövusunda tədbir 24 avqust və 31 avqust 2024-cü ildə Ramana qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə reabiltasiya mərkəzi və Sumqayıt şəhərində “Fun World” əyləncə mərkəzində keçirildi.
Layihə və təşkilat rəhbəri Aynur Məmmədova tədbirlər barəsində məlumat verdi, Özünə qulluq və bacarıqların göstərilməsi təlimində ümumilikdə 65 nəfərdən çox iştrakçı var idi. Kulnariya tədbirində isə 36 nəfər iştrak edirdi. Bunlardan 50 nəfərdən çox fiziki məhdudiyyətli uşaq və gənclər, qalan sayı isə təlimçilər, valdeyinlər və qonaqlar təşkil edirdi.
Özünə qulluq və bacarıqların öyrədilməsi təlimində uşaqlara saça qulluq, uzə qulluq, öz paltarlarını geyinib soyunma qaydalarını, diş fırçalama qaydalarını öyrədib tətbiq etdilər.
Kulnariya da isə fiziki məhdudiyyətli uşaq və gənclərə master şeflər tərəfindən xəmir açmaq, pizza bişirmək, tərəvəz soyulması qaydaları öyrədilir. Fiziki məhdudiyyətli uşaqlara bu təlimlər çox xoş təsurrat bağışlayır. Onlar öz hazırladıqları yeməkləri gördükdən sonra daha çox özlərində inam , özünə güvən hissi yaradıb, bacarıqlı olduqlarını hər kəsə göstərdilər. Sonda uşaqlara surpiriz olaraq, Sumqayıt şəhərində yerləşən Fun World əyləncə mərkəzinin rəhbərliyi tərəfindən şən klonlar və atraksionlardan istifadə etmək hədiyyə olundu. Bu tədbirlərin həyata keçməsində layihə və təşkilt sədri olaraq, öz adımdan və təşkilatımız adından hər kəsə təşəkkür edirəm. Belə layihələrin davamlı olmasını hər kəs yenə də keçirilməsini bildirdilər.