Flora Kərimova məhkəmədə, Afət Fərmanqızı gəlmədi – FOTObackend

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı bu gün keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb. 

“Yeni Gündəm” xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilməsi nəzərdə tutulan bugünkü prosesin təxirə salınmasına səbəb müğənni Afət Fərmanqızının və müdafiəçisinin məhkəməyə gəlməməsi olub.

Belə ki, müğənninin vəkili bu gün məhkəməyə bildiriş göndərərək səhhətində problem yarandığını, A.Fərmanqızının isə ölkə xaricində olduğunu bildirib.

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.Lent.az