Floradan qorxdum, uşaq düşdü” – Afətbackend

Mamed Nanacanov adlı iş adamı ilə ailə quraraq Moskvaya köçən müğənni Afət Fərmanqızı qeyri-adi açıqlaması ilə gündəmə gəlib.

“Yeni Gundem” xəbər verir ki, bir müddət əvvəl hamilə olduğunu deyən ifaçı daha sonra bətnindəki övladını itirdiyini açıqlamışdı.

Bu barədə sosial şəbəkə hesabında ona sual ünvanlayan izləyicisinə cavab verən Fərmanqızı hər kəsi təəccübləndirib. Belə ki, sənətçi “Floradan qorxdum, uşaq düşdü” – deyə izləyicisinin sualına cavab verib.

Qeyd edək ki, xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verib. Kərimova Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.