Formula 1 komandalarının büdcələrinə məhdudiyyət qoyuldubackend

Formula 1 yarışının reqlamentində dəyişikliklər olacaq.

“Yeni Gündəm” xəbər verir ki, ilk dəyişikliklərdən biri komandaların büdcələrinə məhdudiyyətlər qoyulacaq.

Bir mövsüm üçün bir komanda yalnız 145 milyon dollar xərcləyə bilər. Lakin yarışın sayı artar və ya azalarsa, məbləğdə dəyişikliklər olacaq. Bu qərar 2026-cı ilə qədər qüvvədə qalacaq. Hətta məbləğin 100 milyona qədər endirilməsi düşünülür.

Qırmızı bayraqla dayandırılan yarışların müddəti 4 saatdan 3 saata endirilib. Yeni pilotların test yarışında iştirak etməsi məcburi olub.

Yarış həftəsonu 4 gün deyil, 3 gün davam edəcək. Mükafatlandırma tədbirinə də məhdudiyyətlər qoyulub. Mətbuat konfransları da baş tutmayacaq.

Cümə günü tədbirlərin fasiləsi 90 dəqiqədən 60 dəqiqəyə endirilib. Üçüncü sərbəst yürüşdən sonra bolidlər “qapalı qaraj” şəraitində saxlanılacaq.

Qadın pilotların iştirakı ilə keçirilən 2021 W series yarışları gündəliyə əlavə edilib.