Ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
F. Ələsgərov bildirib ki, hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb: “Çoxsaylı innovasiyalar hüquq-mühafizə orqanlarında uğurla tətbiq edilməkdədir. Texnoloji inkişaf, süni intellektin artırılması ilə bağlı işlər görülür”.
APA