Fransanın “Monako” klubunun futbolçusu Sesk Fabreqasın 95 yaşlı nənəsi koronavirusa qalib gəlib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi “İnstaqram” hesabında məlumat paylaşıb: “Mənim nənəm-super qəhrəman 95 yaşında koronavirusa qalib gəldi. Təbii ki, o, bizim üçün həyatlarını fəda edən tibbi işçiləri və həkimlərin köməyi olmadan bunu bacara bilməzdi.
Onların hamısına təşəkkür edirəm”.