Füzuli və Laçın şəhərlərində 30 ildən sonra “Bilik günü” keçirilibbackend

Sentyabrın 15-də 30 il sonra Laçın şəhər 2 nömrəli tam orta məktəbdə də “Bilik Günü” tədbiri keçirilib.

2023-2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq.

Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya otağı, 1 informatika otağı, 1 direktor otağı, 1 müəllimlər otağı, 1 kimya kabineti, 1 fizika kabineti, 1 biologiya kabineti, qızlar və oğlanlar üçün ayrı texnologiya otağı, hərbi otaq, tibb otağı, kitabxana zalı, idman zalı, 182 yerlik akt zalı mövcuddur.

APA