Füzulidə ağır qəza – 2 ölü, 5 yaralı + FOTObackend

Ötən gecə Füzuli rayonunda ağır yol qəzası baş verib.

“Yeni Gundem” xəbər verir ki, saat 21 radələrində Həsənov Şaiq Hiday oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində qəza törədib. Belə ki, avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Ceyhun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.