G20 sammitində Rusiyanı Lavrov təmsil edəcəkbackend

“Rusiya Prezidenti Vladimir Putin İndoneziyada keçiriləcək “Böyük İyirmilik” (G20) sammitində iştirak etməyəcək, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək”.

“Yeni Gundem” TASS-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“G20 sammitində Rusiyanı Sergey Lavrovun təmsil etməsi qərara alınıb” – Kremlin sözçüsü bildirib.

Qeyd: Rusiya liderinin G20 sammitinin sessiyalarından birində onlayn iştirak edəcəyi bildirilirdi.