Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
“Yeni Gundem” mövzunu Parlamentin üzvü Azər Badamovla müzakirə etdi.
Millət vəkili açıqladı ki, Azərbaycan müharibənin bitdiyi 2,5 ildə Ermənistanla danışıqlar masasında hər hansı bir nəticəyə nail ola bilməyib.
“Azərbaycan müharibə meydanında düşmən ordusunu darmadağın edərək ərazi bütövlüyünü təmin etmişdir. Amma müəyyən məsələlər qalmışdı və onlar da danışıq masası arxasında həll olunmalıydı. Müharibənin bitdiyi 2,5 ildə Ermənistanla danışqlar masasında hər hansı bir nəticəyə nail ola bilmədik. Ona görə də Azərbaycan öz ərazisinin bütövlüyünü və təhlükəsizliyini təmin etməlidir. Bu, Azərbaycanın suverən hüququdur”.
Milli Məclisin deputatı bildirdi ki, Laçın-Xankəndi yolunun Ermənistana birləşən yerində DSX-nin nəzarət postunun yaradılması məqsədlərimizdən biridir və çoxdan lazımlı vacib məsələ idi.
“Azərbaycan özünün suverən ərazilərini qorumalı və bu beynəlxalq normaların tələbidir. Həm də yolun başlanğıcında “Siz Azərbaycanın ərazisinə daxil olursunuz. Ölkənin qanularına riayət etməyiniz xahiş olunur!” yazısı da qoyulmalıdır. Laçın-Xankəndi yoluna daxil olan hər kəs özünü Azərbaycanın suverən ərazisinə daxil olduğunu hiss etməlidir. Belə olmasa ermənilərin özbaşınalıqları davam edəcəkdir. Nəzarət məntəqəmiz hələki sadəcə qanuni daşımalara və hərəkətlərə icazə verəcəkdir. Sülhməramlıların funksiyası müəyyən olunmuş ərazidə təhlükəsizliyi təmin etməkdir. Sülhməramlılar öz fəaliyyətlərini qanuni çərçivəsində müəyyən olunmuş müddətə qədər davam etdirəcəkdir. Ondan sonra Azərbaycan öz suverən sərhədlərini beynəlxalq normalara uyuğun tənzimləyəcəkdir”.
A.Badamov vurğuladı ki, Qarabağda baş verən bütün qanunsuz hərəkətlərə görə, Azərbaycanın bütün narahatçılıqları cavabsız qalırdı.
“Laçın –Xankəndi yolunda aksiyalar başlayana qədər Ermənistan separatçılara minalar, silah-sursat və canlı qüvvə daşıyırdı. Bu da 2021-ci ildə buraxılmış minaların yenidən basdırılaraq terror hadisələrin davam etməsinə və hərbiçilərimizin və vətəndaşlarımızın xəsarət almasına yol açırdı. Həm də 10 noyabr Üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlıların müvəqqəti yerləşməsi ilə paralel olaraq Ermənistan öz hərbiçilərini Azərbaycanın ərazilərindən çıxartmalı olduğu halda onlar isə əksinə kontingentin sayını çoxaldaraq 10 mindən çox nəfərə çatdırdılar. Bu da Azərbaycanın ərazisi daxilində yeni hərbi gücün formlaşamasına şərait yaratmış və hər zaman təhlükə mənbəyinə çevirmişdi. Həm də yolda nəzarət olmayanda Ermənistan Qarabağdan yeraltı sərvətləri talayıb aparırdılar. Bu müddətdə sülhməramlılara, Ermənistana, Birgə Monitorinq Mərkəzinə dəfələrlə xəbərdarlıqlar olunmuşdu. Amma bütün narahatçılıqlarımız cavabsız qalırdı. Təbii ki, Ermənistanın bu özbaşçınalıqlarına son qoyulamlı idi”.
A.Badamov qeyd etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağı altına keçmək və qanunlarımızdan yararlanaraq öz gələcəklərini qurmalıdırlar.
“Nəzarət postumuzun yaradılması mülkü məqəsdlər üçün yoldan istifadəsini məhdudlaşdırmır. Amma bundan sonra hərbi təyinatlı yüklərin daşınması və qeyri-qanuni fəaliyyətlərin davam etdirilməsi mümkün olmayacaqdır. Qarabağda yaşayan ermənilər reallığı artıq qəbul etməlidirlər. Belə bir deyim var: ” Gəmidə oturub kapitanla dava etmək olmaz”. Qarabağdakı ermənilər də Azərbaycanın ərazilərində oturub dava aparmaq istəyir. Təbii ki, bu yol verilməzdir. Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağı altına keçmək və qanunlarımızdan yararlanaraq öz gələcəklərini qurmalıdırlar. Bu proses nəqədər tez baş tutarsa, onlar separatçıların əsarətindən də bir o qədər tez xilas olunaraq müstəqil ölkənin xoşbəxt vətəndaşları olaraq yaşaya biləcəklər”- deyə Millət vəkili fikrini yekunlaşdırdı.
Fərahim Rəhimov