“SYNERGY MEDICAL” MMC-yə (Gəncə Beynəlxalq Xəstəxanası) cərimə yazılıb.
İqtisadiyyat.az xəbər verir ki, MMC barəsində müvafiq dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Elxan Əlizadənin sədrliyi ilə araşdırılacaq.
Tibb müəssisəsinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.