Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada öldü – YENİLƏNDİbackend

Gəncədə odlu silahdan atəş açaraq həmyerlisini öldürən Kəlbəcər sakini həbs edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Yeni Gundem”-ə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

***

2024-06-07; saat 20:13

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H. Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir