Gəncədə gün ərzində yağan güclü yağış şəhərin bəzi yaşayış məhəllələrində bir sıra fəsadlar törədib. Yağıntıdan ən çox zərər görənlər bu dəfə də şəhərin Məhsəti qəsəbəsinin sakinləri olublar.
Yağış suları həyətyanı sahələrə, evlərə, zirzəmilərə dolub.
“7-8 küçənin suyu axıb bura yığılır. Dövlət nümayəndələri deyirlər ki, bu işlə bacara bilmirik. Biz sıravi vətəndaşlar, ölək burada?” – deyə sakin qeyd edib.
Sakinlərin müraciəti əsasında yağış sularından zərərgörən küçələrə Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları və canlı qüvvəsi, eləcə də şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnikası cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər görülüb.
Daha ətraflı Baku TV-nin videomaterialında: