Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Abbas Səxət adına 1 saylı şəhər xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın söndürülüb. Xəstələr təhlükəsizlik məqsədilə təxliyə edilib.
Əlavə məlumat veriləcək.