Gərgin mübarizə sona çatdı – O da “Maşın”dan getdibackend

Aparıcısı Murad Dadaşov olduğu “Maşın” şounun daha bir buraxılışı geridə qalıb.

“Yenigundem”-ın məlumatına görə, bu dəfə də eyni sayda şəkil çıxdığı üçün gün ərzində iştirakçıların hesabına gələn səslər hesablanıb və Ramin Nabran səsverməyə çıxmalı olub.

Ramin açıq mübarizəyə qoşulub və səs topladığı təqdirdə Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib. Veriliş boyu Sərxan və Ramin arasında qalmaqal yaşanıb. Kərəmoğlu onun seçimi ilə razılaşmadığını bildirib.Sonda 41,53 faiz səslə Nabran özü evə getməli olub.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Xatırladaq ki, hazırda şouda 6 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.