“Goal+”ın təşkilatçılığı, AFFA və digər özəl şirkətlərin dəstəyi ilə 9 iyul – 15 Avqust tarixlərini əhatə edən “Yay Festivalı”nın Bakı Su İdman Sarayında bağlanış mərasimi keçirilib.
500 dən çox gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində 35 gün ərzində iki yaş kateqoriyası üzrə futbol turnirləri, çimərlik voleybolu, basketbol və e-sport yarışları keçirilib. Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği və məktəblilər arasında idman növlərinə olan marağın artırılması ilə yanaşı, Azərbaycan gənclərinin asudə vaxtlarını səmərəli keçirə biləcəkləri və idman ilə məşğul ola biləcəkləri əyləncə platforması yaratmaqdır.
Bağlanış mərasimi U-16 və U-20 futbol turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi ilə sonlandırılıb.
Qaliblərə pul və digər qiymətli hədiyyələr təqdim olunub.