Gömrük Komitəsi Aydın Talıbovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC-yə cərimə yazdıbackend

“Veysəloğlu-Rossmann” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

Qeyd edək ki, Şirkətin qanuni təmsilçisi Məmmədqulu Süleymanlıdır. MMC Aydın Talıbovun qanuni təmsilçisi olduğu “Veysəloğlu qrup” MMC-yə daxildir.