Gömrük Komitəsi Baba Rzayevin qardaşına məxsus şirkətə cərimə yazdıbackend

“Göknur Bakı LTD” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.

Qeyd: Şirkət “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin qardaşı Sahib Rzayevə məxsusdur.