Dövlət Gömrük Komitəsi (DGK) və “Azpetrol LTD” MMC arasında məhkəmə çəkişməsi davam edir.
“Yeni Gundem”-in xəbərinə görə, DGK-nın MMC barəsində tərtib etdiyi protokola sentyabrın 24-də baxılıb, bəzi məlumatlar dəqiqləşdirilib.
Növbəti proses oktyabrın 3-də keçiriləcək.
Xatırlatma: Dövlət Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: “Azpetrol LTD” 04.10.2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 779 106.70 manatdır. Qanuni təmsilçisi Ceyhun Məmmədov Əhməd oğludur.