Müğənni Xatirə İslam oğlu Emilin 8-ci doğum günündən fotoları İnstaqram səhifəsində paylaşıb. O ailəsi ilə birgə fotolarını izləyiciləri ilə bölüşüb.
“Yeni Gündəm”-in məlumatına görə, şəkillərdə Xatirə İslam, onun həyat yoldaşı, qardaşı və xanımı da var.
Bir sosial şəbəkə istifadəçisi müğəninin postuna “Görəsən Xatirənin qaynanası və baldızı varmı?” rəyini yazıb.
X.İslam isə həmin kommentə belə cavab verib:
“Sənə qaynanam lazımdır? O rəhmətə gedib. Gələ bilməz. Gərək sən gedəsən. Baldızım isə şəkildədir”.