Dünən Mərkəzi Parkda Xalq artisti Firəngiz Mütəllimova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə məşhur aktrisa instaqram səhifəsində məlumat verib. O, parkda təşkil olunan ağacəkmə aksiyasından sonra L. Əliyeva ilə şəkil çəkdirib, sosial şəbəkədə maraqlı şərh yazıb:
“Sizin dediyiniz kimi, “təsadüfə baxın, görün harada görüşdük? Mənim dünyalar gözəli balam. “Balam” yazıram, çünki mənə qarşı diqqətiniz, qayğıkeşliyiniz və sevginiz bir övlad məhəbbəti idi. Söz verdiyiniz kimi, İnşallah, bizim teatrda görüşənədək. Gözəl üzünüz həmişə gülsün”.