Göz altındakı qaralmanın riskləri: Ciddi xəstəliklərin 5 əlamətibackend

Gözaltı qara dairələr çox vaxt yorğunluq və ya estetik narahatlıq kimi qəbul edilsə də, bəzən ciddi sağlamlıq problemlərinə işarə edə bilər.

Bu dairələr yuxusuzluq, anemiya, susuzluq, stress və allergiya kimi müxtəlif səbəblərdən yarana bilər. Dəmir çatışmazlığı ilə əlaqəli anemiya qadınlarda daha çox görülür və müalicə edilmədikdə yorğunluq və ürək problemlərinə səbəb ola bilər. Susuzluq böyrəklərin düzgün işləməməsi ilə əlaqədar ola bilər, bu da toksinlərin bədəndən təmizlənməsinə mane olur. Stress isə hormonal balanssızlığa səbəb olaraq dəri sağlamlığını pisləşdirə və gözaltı qaralmalara gətirib çıxara bilər.

Allergiyalar və sinus tıkanıklığı da qara dairələrə səbəb olan amillərdən biridir və müalicə edilmədikdə ağırlaşmalara yol aça bilər. Qara dairələrin azaldılması üçün yuxu rejiminə riayət etmək, dəmir və antioksidantlarla zəngin qidalar istehlak etmək, bol su içmək və soyuq kompreslər tətbiq etmək faydalıdır. Aloe vera, yaşıl çay paketləri və göz kremləri də dəriyə müsbət təsir göstərə bilər. Lakin, qara dairələr uzunmüddətli davam edərsə və digər simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət etmək vacibdir.