Müğənni Gülay Zeynallı lent.az-ın “Facebook”dakı canlı yayımında maraqlı açıqlamaları ilə diqqət çəkib.
“Yeni Gündəm” xəbər verir ki, tanınmış müğənni Gülay həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə bağlı ona ünvanlanan sualları cavablandırıb. Kamilin sosial şəbəkələrdə izləyicilərinin ona xoş olmayan rəylərinə aqressiv cavablar verməsi ilə bağlı açıqlama edən Gülay postlarına görə həyat yoldaşına qadağalar qoyduğunu bildirib:
“Artıq Kamilin yaşı az deyil. Onun çox yumşaq ürəyi var. İdmançıdır. Normal olaraq bir qədər qəddarlığı da var. Sözü bir anda deyir. Lakin sonra peşman olur. İndi o qədər də vaxtı yoxdur ki, ona yazılan şərhlərə cavab versin. Amma mən həmişə ona deyirəm ki, artıq xoşagəlməz şərh yazanlara cavab verməsin. Artıq olmaz. Çünki onsuz da o şərhlərin qarşısını ala bilmərik. Bizi hər kəs bəyənə bilməz. Bizim bir qızımız var və o böyüyür. Buna görə atdığımız hər addıma diqqət etməliyik. Mən nə özümü, nə də Kamili düşünmürəm. Sadəcə qızımızı düşünürəm”.
Qeyd edək ki, müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallı 2010-cu ildə ailə qurublar. Məşhur cütlüyün Sahilə adlı bir övladları var.