Gülənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.

O, bu barədə bu gün Ankarada ukraynalı həmkarı Andriy Sibiha ilə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, kəşfiyyat məlumatları Fətullah Gülənin öldüyünü təsdiqləyir.

Hakan Fidan Fətullah Gülənin ölümünün onları sakitləşdirməyəcəyini, mübarizənin davam edəcəyini vurğulayıb.

APA