Laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan tibbi reaktiv, reagent və ləvazimatların alınmasına sərf ediləcək vəsaitin həcmi açıqlanıb.
“Yeni Gundem”-in xəbərinə görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Triolab” MMC ilə müqavilə bağlamağı və 1 837 745 AZN köçürməyi planlaşdırır.
İnstitutun direktoru Gülnaz Dadaşova, şirkətin qanuni təmsilçisi İlqar Soltanəli oğlu Məmmədovdur.Pravda.az