“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Prezident Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib – YENİLƏNDİbackend

Mayın 16-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib.

“Yeni Gundem” xəbər verir ki, ziyafətdə Azərbaycan və Belarus musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

***

20:11

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.