Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın konstitusiya günü münasibəti ilə ordenlə təltif edildi.
Bununla bağlı “Yeni Gundem”-ə açıqlamasında xalq artisti Gülyanaq Məmmədova bildirib ki, Özbəkistanın prezidenti tərəfindən ordenə layiq görüldüm.Bugün Özbəkistan Respublikasının Prezidentinin sərəncamı ilə öz təltif və medallarımızı aldıq.
Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə təşəkkürümü bildirirəm.
Özbəkistanda bütün tədbirlərlərin təşkil olunmasına görə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Cəfərova gördüyü işlərə, rəhbərlik etdiyi tədbirlərə görə ona çox təşəkkür edirəmki,onun sayəsində Özbəkistanı qarış-qarış gəzdim. Çox xoşbəxtəm,çox şanslıyam.Qürürluyam. Şərəf duyuram.Bu ordeni üzərimdə şərəflə qoruyub, daim bu ada layiq olmağa çalışacağam.”
Gülyanaq Məmmədova bildirib ki, medal alanlar sırasında elim xadimləri Ramiz Əsgərov və Almaz Ülvidə var.
Gülyanaq Məmmədova bildirib ki, təltifi ona bu gün Özbəkistanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Baxrom Asrafxanov təqdim edib.