Müğənni Günay İbrahimlinin başına iş gəlib.
“Səhər mərkəzi” proqramına qonaq olan ifaçı ilk dəfə avtomobil qəzası keçirdiyini açıqlayıb. İfaçı qarşıdan gələn avtomobilin onun maşınını vurduğunu deyib: “Maşının qapı tərəfi yüngülvari zədə alıb. Bunu heç kəs bilmirdi. Xoşum gəlmir ki, belə xəbərlərlə gündəm olum. Qapının qiyməti çox bahadır”.
Bundan sonra aparıcı Tural Əsədov isə “Dəyən ziyan bir “VAZ-2106″ avtomobilinin qiymətinədir” deyə bildirib.
Baku.ws