Gündəmdən düşməyən mahnı – ARAŞDIRMAbackend

Son günlər sosial şəbəkələrdə dəyərli şair Məmməd Arazın sözlərinə, xalq artisti Niyaməddin Musayevin ifa etdiyi “Dünya mənim, dünya sənin, dünya heç kimin” mahnısı reytinqlərin yuxarı pilləsində durur.

“Yeni Gundem” xəbər verir ki, N.Musayev mahnının yazılmasını belə xatırlayır:

1986-cı ildə xəstəxanada yatırdım. O vaxt filologiya elmlər doktoru Maarifə Hacıyeva məni ziyarətə gəlmişdi. Onunla ailəvi münasibətimiz vardı. Mənim Xalq Təsərrüfat İnstitutunda təhsil almağımda o xanımın böyük rolu olub. Maarifə xanım gələndə bir qazan yemək və bir kitab gətirmişdi. O gedəndən sonra kitabı vərəqlədim, gördüm, Məmməd Arazın kitabıdır, üstündə yazılmışdı ki, “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu şeiri oxuyanda isə kövrəldim. Onda vəziyyətim yaxşı deyildi. Dedim, ay Allah, uşaqlar körpədir, mən dünyamı dəyişsəm, onları kim saxlayacaq, kim onlara havadar olacaq? Bu, mənə çox pis təsir elədi, elə o nəğməni o xəstəxanada stolun üstündə çırtma vura-vura yazdım”,-M.Araz şeir haqqında deyir.


(Məmməd Araz)

DÜNYA sənin, Dünya mənim…

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan,

Eşidərsən: pıçıldayır yıxılan, duran,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin…

Ayaq saxla, dövrənə bax ötəri belə,

Min illərdir Araz belə, Həkəri belə.

Axşamların, səhərlərin təkəri belə,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm,

Mən özümlə oynadığım şahmata güldüm…

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin…

Şair şeirdə düşündürücü məharətindən istifadə edərək, böyük əsər ortaya qoymağı bacarıb.

Şeirin populyarlaşma səbəbkarı isə Xalq artisti Niyaməddin Musayevdir.

(Niyaməddin Musayev)

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dəfələrlə mahnının yüksək keyfiyyətindən bəhs edib.

Ulu öndər Heydər Əliyev deyir:

“M.Arazın şeirləri çoxdur. Amma “Dünya sənin ,dünya mənim kimi yoxdur”.

(Heydər Əliyev)

Maraqlısı odur ki, sözügedən mahnını N.Musayevdən başqa bir neçə müğənni ifa etsə də, onun kimi reytinq qazana bilməyiblər.

Mövzuya toxunmağımızın yeganə səbəbi mahnının yenidən gündəmə gəlməsidir.

Əvvəlcə “Dərviş” bandın  “Səs Azərbaycan” da tək ifa etməsi,

Sonra isə xalq artisti Niyaməddin Musayevlə düeti.


(Düet)

Bu gün Niyaməddin Musayevin 82 yaşı var. Xalq artisti sözügedən mahnını təkrar ifa etməsi ilə mədəniyyət sahəsində öz yerini bir daha təsdiqləmiş oldu.

Bu arada “Dərviş” banda da uğurlar arzu edirik.

Belə.

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin…

Fərahim RƏHİMOV

Yeni Gundem”