Tanınmış aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşdığı fotosu ilə izləyicilərin diqqətini çəkib.
Uzun müddətdir Amerikada yaşayan aparıcı həm də blogerliklə məşğul olur. Dəfələrlə sosial media hesabında etdiyi paylaşımlarla diqqət çəkən məşhur bu dəfə ailəsi haqqında post paylaşıb. Koronavirus səbəbi ilə evdən çölə çıxa bilməyən, günlərini ailəsi ilə birlikdə, qızı ilə məşğul olaraq keçirən Günel “instaqram” hesabında arxiv fotolarını paylaşır. Belə ki, o, bu dəfə ötən illərə məxsus olan ailəvi fotolarını paylaşıb. Həyat yoldaşı ilə səmimi görüntüləndiyi foto gözlərdən yayınmayıb./big
Xatırladaq ki, Günel Hümbətova evlidir. Həyat yoldaşı Firuz Soliyev ilə birlikdə Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.