Müğənni Günel Zeynalovanın iş adamı Gökhan Gözlə sevgili olması iddia edilib.
“Yeni Gündəm” xəbər verir ki, Vadistanbulda obyektivlərə tuş gələn ifaçı onla bağlı sualları cavablandırıb.
Günel bildirib ki, Gökhan onun adından istifadə edərək gündəmə gəlmək istəyir:
“Gökhan bəy xəyal görür. Gündəmə gəlmək üçün adımdan istifadə etdi. Belə bir şey yoxdur. Bu günə qədər həm səsim, həm də davranışımla varam. Bu gündən sonra da belə çirkin halların içində olmaq istəmirəm”.
Müğənni əlavə edib ki, Gökhan ona çiçək göndərib:
“Onu tanımıram, konsertimə gəlib və çiçək göndərib. Sonra da eşq yaşayırıq deyə, açıqlama verib. Axmaqlıqdır. Məni minlərcə insan dinləməyə gəlib, etdiyi hörmətsizlikdir. Tamamilə yalandır”.axşam.az