Müğənni Günel Zeynalova türkiyəli məşhur ifaçı Sezen Aksunun repertuarına müraciət edib.
“Yeni Gündəm”-in məlumatına görə, sənətçi “Ben de yoluma giderim” mahnısını oxuyub. Mahnının aranjimanı Sezgin Tellaloğluna aiddir.
Qeyd edək ki, mahnının söz və musiqisi Sezən Aksunun özünə məxsusdur.. Bəstə Günel Zeynalovanın rəsmi Yutub kanalında təqdim olunub.