İstanbulda konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Sibel Canı dinləməyə gələnlər arasında Türkiyədə tanınan azərbaycanlı müğənni Günel Zeynalova da yer alıb.
“Yeni Gundem”-in məlumatına görə, müğənni Sibel Canın arzulanan qonaqları sırasında olub. Sibel Can Güneli səhnəyə dəvət edib.
Cütlük türkiyəli qonağın istəyi ilə Sibel Canın “Berivan” mahnısını duet şəklində oxuyub.
Möhtəşəm səsləri ilə bilinən iki məşhur xanımın çıxışı alqışlarla qarşılanıb.
Foto: Hazal AKAL