Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova maraqlı hadisə ilə üzləşib. “Yenigundem” xəbər ki, qonaqlar İstanbulda toyda çıxış edən sənətçinin ayağına pul səpələyib.
Yığıncaqda “Bir adam var” mahnısını oxuyan Günel lentə alınan görüntüləri instaqram səhifəsində paylaşıb. Daha sonra toy sahiblərinin bu addımı instaqram istifadəçilərinin hədəfində olub. Onlar Günelin ayağına pul atan insanları tənqid ediblər. Zeynalova isə tənqidlərin qarşısını almaq üçün videoda şərh bölməsini bağlayıb.