Günün qoroskopu: Borc almayın, kredit götürməyinbackend

çalışmağa mane olan nəsnələrdən qurtulun.

 

Günün ikinci yarısında mənfi emosiyaların sayı artacaq. Səbrsiz, dözümsüz olmayın. Rəqabət güclənəcək. Sözlərinizlə işləriniz tərs düşməsin.

Axşam saatları maliyyə, daşınmaz əmlak, vərəsəlik məsələlərinin həlli üçün münasibdir.

Əqrəb – yaranmış situasiya problemlərin həlli ilə bağlı müxtəlif variantlar təklif edir. Qəfil xəbərlərə fikir verin. Hansısa məsələ ilə bağlı mövqeyinizi kökündən dəyişəcəyiniz istisna deyil. Daha faydalı, cari işlərlə məşğul olun.

Günün ikinci yarısında qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Əzmli, qətiyyətli, iradəli olun. Dürüst istiqamətdə irəlilədiyinizi təsdiqləyin. Peşəkar olun, emosiyalarınıza əsir düşməyin.

Fəaliyyət müstəvisinə başqaların müdaxiləsinə imkan verməyin. Axşam saatlarında travma və infeksiyalardan qorunun.

Oxatan – hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.

Günün ikinci yarısında gözləntilərinizdə absolyut həddə çatmayın. İşlədiyiniz insanı ideallaşdırmayın, ona xas olmayan məziyyətləri gördüyünüzü düşünməyin.

Axşam saatlarında bir qədər tək qalın. Yeni xəbər sizi düşündürəcək.

Oğlaq – kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkanlan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.

Günün ikinci yarısında daxili prosesə konstruktiv məcra verin. Hadisələrin arzuolunan istiqamətini seçməyə çalışmayın. İrəliləyiş üçün güzəştlərə hazır olmalısınız.

Problemləri vaxtında həll edin.

Dolça – aldığınız informasiyaları təhlil edin. Həmkarlar və tanışlarla danışıqlarda, müzakirələrdə diqqətli davranın. Bir müddət əvvəl təxirə saldığınız işləri unutmayın. İntuitiv olaraq yeni istiqamət seçə bilərsiniz.

Bir işi yarımçıq qoyaraq başqasına başlamayın.

Günün ikinci yarısında dəqiq, obyektiv olun. Daxili gərginlik səhhətinizə təsir edə bilər. Xroniki proseslər və travmatizmə yol verməmək üçün diqqətlə davranın.

Şəxsi münasibətlərdə qarşı tərəfin fikirlərini qulaqardına vurmayın.

Axşam saatlarında normal istirahət edin.

Balıqlar – gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.

Günün ikinci yarısında heç nədə ifrata varmayın. Qətiyyətli və iradəli olun. Məlumat axtarışı, informasiya arayışı, qeyri-standart həllər tələb edən işlə məşğul olmaq zərurəti yaranacaq. Səfərlərlə qəfil hadisələr istisna deyil. Ünsiyyətdə səmimi olun. Maraqlandığınız olayın təfərrüatlarını öyrənin.