Günün ulduz falı – 6 APRELbackend

“Yeni Gündəm” dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç – dəyər verdiyiniz insanlarla, dostlarınızla birlikdə istirahət etməyə çalışın. Romantik görüşlər üçün də xoş axşamdır. Əsas odur ki, ürəyinizcə olanı edəsiniz. Başqalarının təklif etdiyi, amma xoşunuza gəlməyən əyləncələrdən isə uzaq qaçın, belədə, bir çox problemdən yaxa qurtara bilərsiniz.

Buğa – İşgüzar məsələləri müzakirə etmək olar. Özünə inam, inadcıllıq, əzmkarlıq nümayiş etdirənlər danışıqlarda uğur qazanacaqlar. Güclü şəxsiyyətlər heç bir təzyiqlə üzləşməyəcəklər. Şəxsi münasibətlərdəki ahəngdarlığa isə yağışdan sonra göbələk kimi artan illüziyalar mane olur. Nə qədər çox fantaziyaya qapılsanız, reallığa qayıtmaq bir o qədər çətin olacaq.

Əkizlər – günün əvvəlində pis xəbər ala bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək çətindir, amma məcbursunuz.

Xərçəng – əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz.

Şir – hadisələr sizə göründüyü qədər də pis inkişaf etmir. İş burasındadır ki, siz bu gün bütün olanlara çox böyük şübhə ilə yanaşırsınız, istənilən dəyişikliyə pis münasibət bəsləyir və köhnəliyi saxlamağa çalışırsınız. Taleyinizə etibar edin: o sizə sürpriz hazırlayıb. Amma nə qədər ki, hadisələrin təbii axınına müqavimət göstərirsiniz, proqblemlər bir-birinin ardınca peyda olacaq.

Qız – vacib görüş və işlərinizi günün ortasına planlaşdırın. Çalışın, diqqətinizi cəmləyəsiniz, ideyalarınızı daha gözəl təqdimatla çatdırasınız, sizə hazırlanan tələləri vaxtında görə biləsiniz. Axşam yaxınlarınızdan biri ilə mübahisə gözlənilir. Hətta qaçılmazdır. Sadəcə, özünüzü ələ alın.

Tərəzi – iş üçün çox uğurlu gündür. Ötən həftənin problemlərini uğurla həll edir və yeni planların reallaşdırılmasına başlayırsınız. Özünüzə tərəfdaş və həmfikir tapmaq elə də çətin deyil, həmçinin onlarla işləmək də xoş olacaq. Xarici partnyorlarla əlaqələr dinamik inkişaf edir. Ezamiyyətə yollanmaq olar.

Əqrəb – sakit olun, təmkininizi pozmayın! Gün elə də yaxşı başlamır. Ancaq hər şey sizdən asılıdır. Əsas məsələ budur ki, həmkarlarınız və iş ortaqlarınızla dil tipa biləsiniz. Nə edirsiniz-edin, amma çalışın belə olsun. Bütün problemlərlə təkbaşına məşğul olmaq həm çox vaxt alır, həm də adamı yorur.

Oxatan – günün başlanğıcı çox mürəkkəb olacaq. Emosional fon sabit deyil, siz vurnuxur, özünüzü ora-bura çırpırsınız. Amma xoşbəxtlikdən, bu hal uzun sürməyəcək, siz tez sakitləşəcək, özünüzü ələ alacaqsınız. Məşğul olduğunuz işdə xeyli irəli düşə bilərsiniz. Əməyinizin bəhrəsi gözlədiyinizdən qat-qat yüksək olacaq.

Oğlaq – günün ikinci yarısı kommersiya fəaliyyəti, sövdələşmələr üçün yaxşıdır. Düzdür, bu vaxt sizin daha çox pullar barədə düşünməniz sizi yaxşı tanımayan adamlarda düzgün olmayan təəssürat yarada bilər: sizi praqmatik, məncil biri kimi görəcəklər.

Dolça – səhəri gərgin işə sərf etməli olacaqsınız. Problem və çətinliklər boğaza qədərdir, amma siz onların öhdəsindən gələcəksiniz. Öz vaxtınızdan maksimal dərəcədə səmərəli istifadə edə biləcəksiniz. Bir dəqiqəniz belə itməyəcək. Təşkilatlanma və intizam rəqiblərinizi qabaqlamağa kömək edəcək, sizin ideyalarınızı anında gerçəkləşdirməyə hazır olan köməkçilərinizin sayəsində yorulmaq nə olduğunu bilməyəcəksiniz.

Balıqlar – şəxsi münasibətlərdə isə vəziyyət bir qədər başqadır. İstənilən məsələyə praqmatik yanaşmağınız yaxınlarınızı təəccübləndirir və qıcıqlandırır. Ətrafınızdakıların həyəcanları sizi qətiyyən maraqlandırmır, istəmədən qəddarlıq edirsiniz. / Milli.az