Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 3-də Litvaya rəsmi səfər edəcək.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Litva Prezidentinin sarayında Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək.
Litva Respublikasının Prezidenti Gitanas Nausedas, Baş nazir İnqrid Şimonites, Seymin sədri Viktoriya Çmilite-Nilsens ilə yüksək səviyyəli görüşlər planlaşdırılır.
Gürcüstan və Litva prezidentləri təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
“Gürcüstan Prezidenti Antakalnis qəbiristanlığında Litva Respublikasının müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsinə əklil qoyacaq, Litvanın işğalı və azadlığı uğrunda mübarizə muzeyinə baş çəkəcək.
Gürcüstan Prezidenti və Litva Respublikasının birinci xanımı Ukraynada müharibə zamanı açılmış Ukrayna Məcburi Köçkünlər Mərkəzinə baş çəkəcək və Ukraynadan olan məcburi köçkünlərlə görüşəcəklər”, mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.
Fərahim Rəhimov