Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə 26 may Müstəqillik günü münasibətilə keçirilən paradda çıxışı zamanı Prezident Salome Zurabişvilini Vətənə xəyanətdə ittiham edib.
Hökumət başçısı Gürcüstanın çətin problemlərlə üz-üzə olduğunu, xalq-hakimiyyət birliyi sayəsində təhlükələrin öhdəsindən gəlindiyini qeyd edib.
“Xalqın və onun seçdiyi hökumətin birliyi və ağlabatan addımları bizə ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidentinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, – Kobaxidze deyib.
Baş nazir Gürcüstanın və onun müstəqilliyinin bu gün də ən çətin problemlərlə üz-üzə olduğunu, lakin bu gün gürcü cəmiyyətinin müstəqilliyin ilk illərinə nisbətən daha təcrübəli olduğunu deyib. Kobaxidze rəhbərlik etdiyi hökumətin Gürcüstanın suverenliyi və müstəqilliyinin keşiyində dayandığını əlavə edib.
APA