Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verildibackend

Azərbaycanın ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.

Bu barədə Hacı Əliyevin özü bildirib:

“Əslində bu görüşü Olimpiadadan sonra gözləyirdim. Ancaq müəyyən səbəblərdən bu alınmamışdı. Bununla belə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hər zaman biz idmançıları diqqətdə saxlayır. Bu rütbənin verilməsi də onu göstərir. Mənə kapitan rütbəsinin verilməsinə görə ona təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, daha əvvəl Müdafiə Nazirliyi yunan-Roma güləşçisi Rafiq Hüseynova vaxtından əvvəl kapitan rütbəsi vermişdi.

Oxu.az