Hacıbala Abutalıbovun işçisi həbs edildibackend

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, 2010-2018-ci illər ərzində bu vəzifəni icra edib. O, keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. R. Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır. Xəbəri ilk Unikal.org yayıb.