Türkiyədə Hacivat və Qaragöz iki ölçülü təsvirlərlə ekranda nümayiş etdirilən təqlid və söhbətə əsaslanan kölgə oyunudur. Kağızdan hazırlanan qəhrəmanların xəyalpərəst və geniş dünyagörüşlü olduğu deyilir.
Bu iki qəhrəmanın həqiqətən də yaşayıb-yaşamadığı, yaşayıblarsa harada və necə yaşadıqları məlum deyil. Danışılanlar əfsanələrə əsaslanır, çünki əgər həqiqətən yaşayıblarsa belə, yəqin ki, sözügedən dövrün tarix kitablarına daxil olacaq qədər əhəmiyyətli hesab edilməyiblər. Rəvayətəgörə, Hacı İvaz Ağa və ya xalq arasında tanınan adı ilə Hacivat və Trakyanın Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşamış və məscid tikintisində çalışmış iki fəhlə olur. Özləri nəinki işləmirlər, hətta digər işçilərin işləməsinə də mane olurlar. Orxan Qazi deyir ki, məscid vaxtında bitməsə, başınızı kəsəcəm. Elə də olur. İkisinində başı kəsilir. Hacivat və Qaragözü çox sevən və ölümlərinə çox üzülən Şeyx Küsteri kuklalarını düzəltməyə və pərdəarxasında oynatmağa başlayır. Hacivat və Qaragöz beləcətanınır.
“Qaragöz” işkırlak deyilən papaq taxan keçəl bir adam olur. Heç bir işi düz olmayan Qaragöz Hacivatın tapdığı müvəqqəti işlərdə işləyir. Reaksiyalarını tez bildirən bir insan olur. Xalqın ümumi şüurunu təmsil edir. Cəsur və mərd xasiyyətinə görə daim başı bəlalara düçar olur. Qaragöz maraqlı, nəzakətsiz və qorxmazdır.Bəzən hiylə işlədərək başqalarını aldatmağa çalışır. Arvadıyla daim mübahisə edir.
“Hacivat” saqqallı, hiyləgər bir adamdır. Biliklidir və hər sahədə öz fikri var. Qaragözdən daha mədəni, ağıllı və özünə inamlıdır. Ərəb və fars sözlərini qarışdıraraq ədəbi cümlələr qurur. Bu səbəbdən Qaragöz çox vaxt nə dediyini anlamır. Səhnədəki zarafatlar çox vaxt bu söz oyunları və anlaşılmazlıqlar üzərində qurulur.